featured-image-45991

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat-Seçki Konfransı keçirilir.

Msport.az xəbər verir ki, tədbir saat 10:00-da başlayıb.

Konfransda qurumun prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və futbol ictimaiyyətinin digər nümayəndələri iştirak edir.

Tədbirə FİFA və UEFA nümayəndələri də qatılıb. FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov və UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımçı tədbirə dəvət alan qonaqlar arasında yer alıb.

Qeyd edək ki, iclasda qurumun prezidenti və İcraiyyə Komitəsinin üzvləri müəyyənləşəcək.

Bənzər xəbərlər