featured-image-69940

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının V turunda keçirilən oyunlarla bağlı qərarlar verilib.

“Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün bakılılar 2000 manat cərimə olunub.

“Qarabağ”la matçda qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov 1 oyunluq cəzalanıb, komandası 500 manat cərimə edilib. Görüşün 60-cı dəqiqəsində azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” 5000 manat ziyana düşüb.

Bənzər xəbərlər