AFFA Premyer Liqa klublarını cərimələdi
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 28-ci turunun oyunları ilə bağlı cəzaları açıqlayıb.
Msport.az xəbər verir ki, “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə naxçıvanlılar 5000 manat cərimələnib.
Heyətində 5 nəfər sarı vərəqə alan “Turan Tovuz” isə 700 manatlıq cəriməyə məruz qalıb.
“Karvan-Yevlax” – “Şamaxı” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna – yəni mətbuat konfransı otağı düzgün təşkil edilmədiyinə görə Meydan sahibləri 1000 manat cərimə ilə üzləşib.
“Kəpəz” – “İmişli” oyununda isə Meydan sahibləri 4 üzvü sarı vərəqə aldığı üçün 700 manat cərimə olunub.







