Liqa-1 klubunda baş məşqçi ayrılığı – RƏSMİ
“Lion” baş məşqçisi Paulu Fonseka ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müvəqqəti olaraq vakant post Xorxe Masielə tapşırılıb. O, komandanı Avropa Liqasında “Real Sosyedad”la oyuna, həmçinin Liqa-1-in qarşıdakı görüşlərinə çıxaracaq.
Qeyd edək ki, Fonseka Portuqaliyanın “Sportinq” klubunun sükanı arxasına keçəcək. “Sportinq” vaxtından əvvəl müqaviləni pozduğu üçün “Lion”a 5 milyon avro ödəyəcək.
“Lion” hazırda Fransa çempionatında 3-cü yeri tutur.







