featured-image-84467

Azərbaycan millisinin və Ukraynanın “Bukovina” klubunun hücumçusu Renat Dadaşov zədəsini sağaldıb.

Msport.az xəbər verir ki, yığmanın heyətində zədələndikdən sonra Bakıda bərpa dövrü keçən 27 yaşlı futbolçu artıq Ukraynaya qayıdıb.

“Bukovina”nın son 3 oyununu buraxan Dadaşov artıq kollektivlə birgə məşqlərə qoşulub. Lakin futbolçu hələ də tam hazır deyil. Məşqçi heyəti onu yavaş-yavaş heyətə cəlb etməyi düşünür. Bu səbəbdən Renatın Ukrayna Premyer Liqasının növbəti turunda iştirakı sual altındadır.

Qeyd edək ki, “Bukovina” növbəti oyununu noyabrın 8-də “Kolos”a qarşı keçirəcək.

Bənzər xəbərlər