featured-image-38629

AFFA-nın inzibati binasında “AFFA Region Liqası”nın 2023/2024-cü illər mövsümünün püşkü atılıb.

Msport.az xəbər verir ki, tədbirdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov iştirak ediblər. Hər qrupda ilk 2 yeri tutan komandalar pley-off-a vəsiqə qazanacaqlar. Yarışın qalibi UEFA Region Kubokunda iştirak hüququna yiyələnəcək. Həmçinin çempion komanda II Liqaya vəsiqə əldə edəcək. İkinci yerin sahibi isə II Liqada sonuncudən əvvəl yeri tutan  komanda ilə pley-off oyunu keçirəcək.

AFFA Region Liqasının oyunları 4 regionu əhatə edəcək – Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb və Cənub. Püşkün nəticəsinə uyğun olaraq, I turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
Paytaxt və Şimal zonası
A qrupu
“Çinar Zəngilan” FK – “Gənclər” PFM*
“İrəvan” İK – “Record Club”
“Ramana” (Abşeron)* – “Mübariz” FA
“Xanlıq” FK* (Qubadlı) – “City Baku”
“Gənclik” İK bu tur istirahət edir.
B qrupu
“Cürət FK” – “Lokomotiv Baku”
“Şimal” FK* (Xaçmaz) – ŞKGB* (Xaçmaz)
İCBFA – “Hypers” FK*
“Şirvanovka” FK – “Dirçəliş” FK
Şimal-Qərb və Qərb zonası
“Ağstafa Gəncləri” * – “Qarxun” FK* (Yevlax)
“Balakən” FK* – VT “Gəncə”
“Şəki” FK – “Göyəzən” PFK
“Qala” FK* (Goranboy) – “Bərdə” FK*
Cənub zonası
“Qobustan” FK – “Masallı” PFK
“Lənkəran” FK* – “Ərkivan” (Masallı)
“Neftçala” FK – “Zəfər 44” (Cəlilabad)
“Biləsuvar” FK* bu tur istirahət edir.
Mərkəz zonası
“Ərgünəş” FK – “İsmayıllı” FK
“Araz” FK* (İmişli) – “Göyçay” FK*
“Hacıqabul” FK* – “Mil” FK (Beyləqan)
“Ağcabədi” FK* – “Ümid” FK* (Saatlı)
Qeyd: Komanda adından sonra * işarəsi ilə qeyd edilənlər ilk dəfə “AFFA Region Liqası”nda iştirak edirlər.

Bənzər xəbərlər