featured-image-48543

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Msport.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 3-cü qrupunda mayın 31-də, saat 19:00-da keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.

Bənzər xəbərlər