featured-image-29971

AFFA-nın UEFA tərəfindən cərimələnməsi təsdiqlənib.

Milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdullanın Msport.az saytına verdiyi məlumata görə, qurum ümumilikdə 15 min avro cərimə olunub:

“Azərbaycanlı azarkeşlərin yer aldığı tribunada həqiqətən oturacaqlar sındırılaraq meydançaya atılıb. Cərimənin 10 min avrosu meydana yad əşya atıldığı, 5 min avrosu isə stadiona zərər dəydiyi üçündür. UEFA nizam-intizam qaydalarına əsasən addım atıb. Həmin cərimə ödəniləcək”.

Qeyd edək ki, insident AVRO-2024-ün seçmə mərhələsinin İsveç – Azərbaycan oyununda (5:0) baş verib.

Bənzər xəbərlər