featured-image-84458

PSJ-nin müdafiəçisi Aşraf Hakimi UEFA Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turunda “Vilyarreal”la qarşılaşmada Mərakeş futbolunun tarixi rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, 83-cü avrokubok oyununa çıxan futbolçu bu göstəricidə həmyerlisi Hakim Ziyeşə çatıb.

Aşraf Hakimi indiyədək Çempionlar Liqasında 81, qitələrarası Superkubokda isə iki qarşılaşmada iştirak edib. O, bu göstəriciyə “Real”, “İnter”, Dortmund “Borussiya”sı və PSJ-nin heyətində nail olub.

Müdafiəçi noyabrın 25-də “Roma”ya qarşı keçiriləcək növbəti görüşdə meydana çıxacağı təqdirdə rekorda təkbaşına sahib ola bilər.

Bənzər xəbərlər