featured-image-37261

Peşəkar Futbol Liqasında (PFL) AFFA nümayəndəsi, bu il 70 illik yubileyini qeyd etmiş Ramiz Mustafayevlə görüş keçirilib.

Msport.az xəbər verir ki, mərasimdə AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL prezidenti Elxan Səmədov, icraçı- direktor Zaur Hacı-Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.

AFFA nümayəndəsi kimi fəaliyyətini yekunlaşdıran Ramiz Mustafayeva xidmətlərinə görə təşəkkür edilib və hədiyyələr təqdim olunub.

Bənzər xəbərlər