featured-image-41979

Bolqarıstan “Lokomotiv”i futbolçusu Alfa Konteni Azərbaycan klubuna satıb.

Msport.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” 23 yaşlı hücumçunun transferindən 300 min dollar qazanc əldə ediblər.

Amma Syerra Leoneden olan forvardın Azərbaycanın hansı klubuna keçdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Alfa Konte “Lokomotiv”də 13 oyun keçirib və 3 qol vurub.

Bənzər xəbərlər