featured-image-43989

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Həvəskarlar Futbol Federasiyasının VI hesabat-seçki konfransı keçirilib.

Msport.az xəbər verir ki, konfransı giriş sözü ilə AHFF-nin prezidenti Rüfət Əmirov açıb. Konfrans iştirakçılarına keçən dövr ərzində görülən işlərlə bağlı video formatda hesabat təqdim edilib.
Daha sonra Azərbaycan Həvəskarlar Futbol Federasiyasının prezident vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilər keçirilib. Rüfət Əmirov yenidən növbəti 5 il dövr üçün AHFF-nin prezidenti seçilib. Rəhim Əliyev (vitse-prezident), Altay Mehdiyev, Oqtay Abdullayev, Rüstəm Rəhimov, Rafiq Əsgərov və Fərhad Nağıyev isə federasiyanın İcraiyyə Komitəsinə üzv seçiliblər.
Konfransında AFFA-nın baş katibinin müavini Kamran Vəliyev də iştirak edib.

Bənzər xəbərlər