featured-image-42141

“İndi hiss etdiklərimi söyləməyin vaxtıdır. Təəssüf ki, bir az gec oldu. Sadəcə, hər şeyi sözlə necə ifadə edəcəyimi bilmədi”.

Msport.az xəbər verir ki, bunu Qış fasiləsində “Qarabağ”a transfer olunan Azərbaycan millisinin futbolçusu Aleksey İsayev şəxsi instaqram hesabında yazıb.

“Sabah”la vidalaşan 28 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində çalışan hər bir əməkdaşa minnətdar olduğunu bildirib: “Bu 4 il bir anda ötüb keçdi. Həm sevincli, həm də kədərli anlar oldu. Biz bunların hamısını birlikdə keçdik. Meydandakı hər bir komanda yoldaşıma da minnətdaram. Sizinlə oynamaq mənim üçün şərəf idi. Murad Musayevin rəhbərlik etdiyi məşqçilər korpusuna xüsusi təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Aleksey İsayev “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər