featured-image-69457

“Aleksey İsyev “Qarabağ”ı tərk edib. Msport.az xəbər verir ki, 2024-cü ilin yanvarından Ağdam klubunda çıxış edən millimizin yarımmüdafiəçisi bundan sonra Premyer Liqanın digər komandasının uğurları üçün çalışacaq.

29 yaşlı futbolçu “Sabah”la 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, İsayev 2020-2024-cü illərdə “bayquşlar”ın şərəfini qoruyub. O, “Sabah”ın heyətində 108 oyunda 12 qol vurmuşdu.

“Qarabağ” İsayevi “Sabah”dan 500 min avroya transfer etsə də, o, komandanın heyətində möhkəmlənə bilmədi.

Bənzər xəbərlər