featured-image-41919

“Neftçi” “Sabah”ın sabiq futbolçusu Aleksey Kaşuku heyətinə cəlb etmək istəyir.

Msport.az xəbər verir ki, bu barədə Xorvatiyanın “Dalmatinskiportal” nəşri məlumat yayıb.

Bildirilib ki, “Hayduk” da 23 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir. Oyunçunun az forma şansı əldə etdiyi üçün Donetsk təmsilçisindən ayrıla biləcəyi vurğulanıb.

“Qarabağ”ın da daha əvvəl futbolçu ilə maraqlandığı diqqətə çatdırılsa da, Split klubunun bu keçiddə əsas rəqibinin məhz “Neftçi” olduğu yazılıb.

Qeyd edək ki, Aleksey Kaşuk 2022/2023 mövsümündə “Sabah”da çıxış edib. O, Azərbaycan Premyer Liqasında keçirdiyi 31 oyunda 16 qol vurub.

Bənzər xəbərlər