"Almaniyada nə xoşuma gəlmədi? LGTB-nin güclü təbliğatı" - Andrey Lunyov
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Almaniyada çıxış edərkən üzləşdiyi xoşagəlıməz hadisələrdən danışıb. Rusiyalı qolkiper 2021-2023-cü illərdə “Bayer”in şəqrəfini qoruyub.
Msport.az xəbər verir ki, o, “Yotube” kanalına müsahibəsində bu haqda danışıb: “Almaniyada nə xoşuma gəlmədi? LGTB-nin güclü təbliğatı. Bütün bunlar onlarda məktəblərdən, baxçalardan gəlir. Bu, xoşuma gəlmir. Rusdilli müxtəlif insanlarla qarşılaşırdıq, onlar deyirdilər ki, məktəblərdə 1-ci sinifdən seksual təhsil mövzusunda dərslər keçilir. Tolerantlıq? Onun kimi bir şeydir.
Bir qayda var, məsələn, oğlan qızı vurub. Anayla ata baxçaya gəlir və tərbiyəçi deyir: “Sizin oğlunuz dalaşır. O, bu, qızı vurub. Ata oğlunu danlamağa başlayır. Sən nə etmisən? Qızlara əl vurmaq olmaz, axı onlar qız uşağıdır”. Tərbiyəçi isə ona cavab verir: “Siz, uşağı nəyə öyrədirsiniz? Bizdə bütün uşaqlar bərabərdir. Niyə qızla oğlanı ayırırsız?
Mənim üçün bu, təəccüblü idi. Valdeyinlərimin mənə verdiyi tərbiyə, baxçada aldığımız dərslər, onlar tamam fərqli idi. Bizim üçün dəyərlər başqaydı. Bunlar mənim üçün oyundur. Gender ayrılığı var. Qadın kiminsə xətrinə dəyə bilər? Onlarda nə oldu edirlər, hər kəs bərabərdir. Cinsini dəyişə bilərsən, heç kimin qəbul eləməyidi cinsi özün üçün seçə bilərsən”.