featured-image-42038

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” ikinci yoxlama oyununu keçirib.

Msport.az-ın məlumatına görə, Şahin Diniyevin rəhbərlik etdiyi komanda Rusiya təmsilçisi “Fakel”lə üz-üzə gəlib.

Matçın taleyini 1 qol həll edib. Voronejlilər 69-cu dəqiqədə penaltidən vurduqları yeganə qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, “Səbail” Antalyadakı ilk yoxlama görüşündə Rumıniya yüksək liqasında çıxış edən “Universitatya Kluj”la qolsuz bərabərə qalıb.

________________

“Qarabağ” və “Zirə” komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Msport.az-ın məlumatına görə, qarşılaşma “Azərsun Arena”da gerçəkləşib.

Dörd hissədən (45+25+45+25 dəqiqə) ibarət görüş Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:0.

______________________

Azərbaycan Premyer Liqasında çıxış edən “Qəbələ” və “Araz-Naxçıvan” klubları yoxlama oyununda üz-üzə gəliblər.

Msport.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. 14-cü dəqiqədə Əyyub Allaş, 57-ci dəqiqədə Samuel Tette fərqlənib.

Qeyd edək ki, “Qəbələ” daha əvvəl “Kəpəz”ə, “Araz-Naxçıvan” isə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

————————————————-

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” növbəti yoxlama oyununu keçirib.

Msport.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Macarıstan təmsilçisi “Şiofok” ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 2:0. Tovuz klubu bu gün, Bakı vaxtı ilə saat 17:00-da Özbəkistanın “Nasaf” kollektivi ilə görüşəcək.

Premyer Liqa təmsilçisi ilk matçında Rumıniyanın “Voluntari” komandasına uduzmuşdu – 0:2.

———————————————-

Azərbaycanın 6 klubu bu gün yoxlama görüşü keçirəcək.

Msport.az-ın məlumatına görə, onlardan 4-ü ölkə daxilində üz-üzə gələcək, 2-si isə Türkiyədə sınaq matçına çıxacaq.

Premyer Liqa təmsilçiləri “Qəbələ” ilə “Araz-Naxçıvan” birincilərin meydanında üz-üzə gələcəklər. Qarşılaşma saat 14:00-da başlayacaq.

Bundan bir saat sonra Premyer Liqanın liderləri “Qarabağ”la “Zirə” Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaqlar.

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Səbail” Rusiyanın “Fakel” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. “Miracle Resort” hotelinin idman mərkəzində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” isə 2 yoxlama matçı keçirəcək. Ayxan Abbasov yetirmələrini əvvəlcə Macarıstan təmsilçisi “Şiofok”la görüşdə sınayacaq. “Fanatic Tour Sport Center”də baş tutacaq oyun Bakı vaxtı ilə saat 12:00-da start götürüb. Tovuzlular axşam saatlarında isə Özbəkistan təmsilçisi “Nasaf”la üz-üzə gələcəklər.

12:00. “Turan Tovuz” – “Şiofok” (Macarıstan) 0:2 

“Fanatic Tour Sport Center”

17:00. “Turan Tovuz” – “Nasaf” (Özbəkistan)

14:00. “Qəbələ” – “Araz-Naxçıvan” 2:0 

Qəbələ şəhər stadionu

15:00. “Qarabağ” – “Zirə” 4:0

Bakı, Tofiq Bəhramov adına Respublika stadionunda

18:00. “Səbail” – “Fakel” (Rusiya) 0:1

Antalya, “Miracle Resort” hotelinin idman mərkəzi

 

Bənzər xəbərlər