featured-image-44181

“Barselona” sabiq futbolçusu Dani Alveşi “klub əfsanəsi” statusundan məhrum edib.

Msport.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi braziliyalı sabiq müdafiəçinin 23 yaşlı qıza təcavüz etməsi ilə bağlı məhkəmə qərarını gözləyib. Ötən həftə Barselona məhkəməsi Alveşi 4 il 6 ay həbs cəzasına məhkum edib.

O, 2008 – 2016-cı illərdə “Barselona”da çıxış edib və 23 kubok qazanıb.

Bənzər xəbərlər