Amil Yunanov Türkiyədə əməliyyat olunacaq
“Şamaxı”nın hücumçusu Amil Yunanov Türkiyədə əməliyyat olunacaq.
Msport.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Vüqar Əsgərli məlumat verib. 29 yaşlı futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, forvard sentyabrın 3-də keçirilən “Şamaxı” – “Turan Tovuz” (0:1) oyununda qapıya zərbə endirərkən qasıq nahiyəsindən zədə almışdı.