Millimizin futbolçusu Türkiyə klubuna lazım deyil
Azərbaycan millisinin və “Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirovun karyerasını Türkiyədə davam etdirməsi real deyil.
Msport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı oyunçunun adı “Kocaelispor”la birgə hallansa da, Superliqa təmsilçisinin onunla bağlı heç bir planı yoxdur. Kocaelililər qış fasiləsində müdafiə xəttini gücləndirmək fikrində deyil. Klub rəhbərliyinin mövsümün sonu ilə bağlı transfer planı isə hələ hazır deyil.
Qeyd edək ki, Rəhman Daşdəmirovun “Sabah”la müqavilə müddəti mösümün sonuna qədərdir.







