Amorim fikrini dəyişdi
Ruben Amorim “Mançester Yunayted”dən ayrılmaqla bağlı fikrini dəyişib.
Msport.az xəbər verir ki, mütəxəssis bir müddət əvvəl mövsümün sonunda komandanı tərk etməyi planlaşdırırdı.
Lakin rəhbərlik onu fikrindən daşındıra bilib. Klubdakı bəzi yüksək vəzifəli şəxslər, o cümlədən baş icraçı direktor Omar Berrada çalışdırıcıya dəstək nümayiş etdirib. Klubun sahibi Cim Retkliff də Amorimin bu posta uyğun məşqçi olduğuna inanır.
Qeyd edək ki, Ruben Amorim ötən ilin noyabrından “Mançester Yunayted”ə rəhbərlik edir. Komanda 37 turdan sonra 39 xalla Premyer Liqada 16-cı yerdə qərarlaşıb.