featured-image-45530

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Paytaxt təmsilçisindən Msport.az-a verilən məlumata görə, komanda Araz Abdullayevi heyətinə qatıb.

31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Yarımmüdafiəçi ilə sözləşmənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.

Zira” agreed with a new player. Araz Abdullayev joined our team. A contract was signed with the 31-year-old player until the end of the current season. “Zira” has the right to extend the contract with the midfielder.
It should be noted that during his football career, he played for “Neftchi”, “Gabala”, “Qarabag”, “Sumgait”, “Everton” of England, “Panionis” of Greece, “Anorthosis” of Cyprus, “Etnikos”, “Boluspor” of Turkey, “Lapi” of Kosovo. “Araz Abdullayev scored 3 goals in 40 games in which he appeared in the national team of Azerbaijan.

#zirəpfk #zirəiləzirvəyə #qartallar

Bənzər xəbərlər