featured-image-41629

Dekabrın 24-də “Turan Tovuz”la keçirilən oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” komandası məşqləri bərpa edib.

Klubdan Msport.az saytına verilən məlumata görə, bu gün bir araya gələn komanda üzvləri fitnes zalında məşq ediblər.

“Qırmızı-ağlar” sabahdan etibarən çalışmaları Bakı Olimpiya Stadionunun ehtiyat meydanında reallaşdıracaqlar. Komanda toplanışın ilk mərhələsinin yekununda – yanvarın 10-da “Zirə” ilə yoldaşlıq oyunu keçirəcək. Matçın ertəsi günü istirahət edəcək “Araz-Naxçıvan” yanvarın 12-də Qəbələyə yola düşəcək.

Üç gün orada hazırlıq keçəcək Azər Bağırovun yetirmələri yanvarın 15-də “Qəbələ” ilə üz-üzə gələcək. Bu oyunun ardından Bakıya dönəcək “qırmızı-ağlar” iki günlük istirahətdən sonra Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”la keçirəcəyi görüşə hazırlaşacaq.

Bənzər xəbərlər