featured-image-38739

Azərbaycan Premyer Liqasının X turunda bu gün “Qəbələ”nin qonağı olacaq “Araz-Naxçıvan” dünən Qəbələ şəhər stadionunda oyunöncəsi son məşqini reallaşdırıb.

Msport.az xəbər verir ki, zədəli olduğuna görə İsmail Azzaui hazırlıq prosesində iştirak etməyib. O, bu gün keçiriləcək matçda komandamıza kömək edə bilməyəcək. Vanderson isə cəzalı – passivində 4 sarı vərəqə olduğuna görə qarşılaşmanı kənardan izləyəcək.

Qeyd edək ki, “Qəbələ” – “Araz-Naxçıvan” oyunu bu gün saat 16:30-da başlayacaq və CBC Sport-la canlı yayımlanacaq.

Bənzər xəbərlər