featured-image-36337

Azərbaycan Premyer Liqasının növbəti turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” məşqlərini gündə bir dəfə olmaqla davam etdirir.

Msport.az xəbər verir ki, “Sumqayıt”la oyunun birinci hissəsində zədələnən və matçı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Mohammed Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin Gəncədəki görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadır. Bu barədə Naxçıvan klubu məlumat yayıb.

Qeyd edək ki, “Kəpəz” – “Araz-Naxçıvan” oyunu sentyabrın 3-də, saat 17:00-da, Gəncə şəhər stadionunda keçiriləcək və CBC Sport kanalı ilə canlı yayımlanacaq.

Bənzər xəbərlər