“Barselona” “Atletiko”nu Madriddə məğlub etdi - VİDEO
İspaniya La Liqasının XII turunda “Atletiko” “Barselona”nı qəbul edib.
Msport.az xəbər verir ki, Madriddəki “Civitas Metropolitano” stadionunda baş tutan qarşılaşmada qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.
Hesabı matçın 10-cu dəqiqəsində “Atletiko”nun hücumçusu Culiano Simeone açıb. Qonaqların yarımmüdafiəçisi Fermin Lopes 45-ci dəqiqədə hesabı bərabərləşdirib. Matçın 66-cı dəqiqəsində Lopes dubla imza ataraq, hesabı 2:1 edib.
“Atletiko” La Liqanın XII turundan sonra 28 xalla turnir cədvəlində üçüncü yerdədir. “Barselona” 33 xal qazanaraq yenidən birinci yerə yüksəlib.







