featured-image-48983

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

Naxçıvan təmsilçisindən Msport.az-a verilən məlumata görə, cari ilin qışında komandaya keçən Ramin Nəsirli yeni mövsümdə də “qırmızı-ağlar”ın heyətində yer alacaq.

Azərbaycanın U-21 millisinə də cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti bir ildir.

Qeyd edək ki, bunadək Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayevlə sözləşmənin müddətini uzadan “Araz-Naxçıvan” Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovu transfer edib.

Bənzər xəbərlər