featured-image-42502
Həftəsonu Azərbaycan Premyer Liqasının XX turunda “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını bərpa edib.
Msport.az xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda keçirilən məşqdə zədəli İsmail Azzaui, İqor Ribeyro və Orxan Əliyev, eləcə də “Qarabağ”la matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Abdulla Rzayev yer almayıb. Zədəlilərdən Azzauinin “Sumqayıt”la matçı buraxacağı dəqiqdir. Orxanla İqor isə həkim nəzarəti altında müalicələrini davam etdirirlər. Onların bazar günü keçiriləcək görüşə yetişdirilməsinə çalışılır.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu yanvarın 28-də, saat 15:00-da “Dalğa Arena”da baş tutacaq və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Bənzər xəbərlər