featured-image-57997

Misli Premyer Liqasında “Araz-Naxçıvan” klubu “Turan Tovuz”a qalib gəlib.

Msport.az-ın məlumatına görə, XV turun açılış oyunu “Liv Bona Dea Arena”da gerçəkləşib.

Qarşılaşma meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 75-ci dəqiqədə Felipe Santos qərb təmsilçisinin qapısından keçirib.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 36-ya çatdıraraq liderliyə yüksəlib. “Turan Tovuz” isə 27 xalla üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, günün ikinci qarşılaşması bu gün “Sabah” və “Səbail” komandaları arasında baş tutacaq. Görüşün start fiti saat 19:00-da səslənəcək.

Bənzər xəbərlər