“Araz-Naxçıvan” Çempionlar Liqasında son oyuna çıxır
“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda son oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu gün Polşa çempionu “Piast”la üz-üzə gələcək.
Görüş Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da, saat 22:00-da start götürəcək.
Qeyd edək ki, ilk görüşdə Macarıstanın “Uypeşt” komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu II turda Bosniya və Herseqovina təmsilçisi “Buba Mara”ya uduzub – 3:5.







