featured-image-48814

Heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Tərlan Əhmədli ilə müqavilə imzalayıb.

Msport.az xəbər verir kİ, bir illik anlaşmaya imza atan 29 yaşlı qapıçı yeni mövsümün sonuna qədər komandada çıxış edəcək. Son iki mövsümü “Turan Tovuz”da keçirən qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.

Bənzər xəbərlər