featured-image-48771

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Naxçıvan təmsilçisinin mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, klub ötən mövsüm “Qəbələ”də çıxış etmiş Ülvü İsgəndərovla anlaşıb.

Hücumçu qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün “Qəbələ”nin digər sabiq üzvü Urfan Abbasovla da sözləşmə imzalayıb.

Bənzər xəbərlər