“Araz-Naxçıvan” evdə böyük hesabla uduzdu
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” III təsnifat mərhələsində ilk oyununa çıxıb.
Msport.az xəbər verir ki, komanda Kiprin “Omoniya” kollektivini qəbul edib.
“Liv Bona Dea Arena”da keçirilən görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Nikosiyada baş tutacaq.