featured-image-42007

“Araz-Naxçıvan” təlim-məşq toplanışını Qəbələdə davam etdirir.

Msport.az xəbər verir ki, komandamız hava şəraiti ilə əlaqədar bugünkü məşqini qapalı meydanda həyata keçirib. Yanvarın 10-da “Zirə” ilə keçirilmiş yoxlama oyununda zədələnən Orxan Əliyev və İsmayıl Azzaui müalicəsini Bakıda davam etdirir.

Qeyd edək ki, “Araz-Naxçıvan” toplanış çərçivəsində sabah növbəti yoxlama matçını keçirəcək. Komanda saat 14:00-da “Qəbələ” ilə üz-üzə gələcək. Bununla da toplanışı yekunlaşdıracaq “qırmızı-ağlar” Bakıya dönəcək və 2 gün istirahət edəcək.

Bənzər xəbərlər