featured-image-47550

Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sabah”ı qəbul edəcək “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Msport.az klubun saytına istinadən xəbər verir ki, zədə səbəbindən ötən tur “Zirə”yə qarşı oyunda iştirak etməyən İsmail Azzaui və Orxan Əliyev də dünənkk çalışmalara qatılıb.

Əliyevin zədəsi tam sağalmasa da, legioner yarımmüdafiəçi baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxacaq gücdədir.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” oyunu mayın 5-də “Liv Bona Dea Arena”da keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər