featured-image-53827

Yığma komandaların UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə görə üç gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib.

Msport.az xəbər verir ki, bir müddət əvvəl cərrahiyyə əməliyyatı olunan Karlos Jatoba xaric bütün futbolçular hazırlıq prosesinə qoşulub.

“Sumqayıt”la matçda zədələndiyinə görə əvəzlənən Ömər Buludov da kollektiv çalışmalarda iştirak edib.

Futbolçular əvvəlcə fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında çalışıb. Daha sonra baş məşqçinin tapşırıqları yerinə yetirilib.

Bənzər xəbərlər