featured-image-68189

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, komanda Kiprin “Omoniya” kollektivini qəbul edəcək.

“Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq. Çexiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

7 avqust

20:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Omoniya” (Kipr)

Hakimlər: Andrey Berka, İvo Nadvornik, Yan Vanya, Andrey Pekaneç

VAR hakimləri: Tomas Koçurek, Miroslav Zelinka (hamısı Çexiya)

“Liv Bona Dea Arena”

Bənzər xəbərlər