featured-image-44118

“Araz-Naxçıvan” Futbol Akademiyasının U-19 və U-17 komandalarının üzvlərinə və məşqçi heyətinə irqçiliyə qarşı mübarizə üzrə təlim keçirilib.

Naxçıvan təmsilçisindən Msport.az-a verilən məlumata görə, tədbirdə klubun icracı direktoru Eldəniz Yusubov, baş menecer Şahin Rzayev iştirak ediblər.

Görüş zamanı mövzu ilə bağlı xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, əyani videoçarxlar nümayiş olunub.

Bənzər xəbərlər