featured-image-71353

“Real” Arda Gülərə görə “Fənərbağça”ya yenidən 2 milyon avro bonus ödəyəcək.

Msport.az xəbər verir ki, Türkiyə klubu 2023-cü ildə Güləri “Real”a satanda transfer müqaviləsində hər 25 matç üçün 2 milyon avro bonus bəndi daxil edilmişdi.

“Fənərbağça” onun 25-ci və 50-ci matçlarından sonra 4 milyon avro bonus qazanıb və 75-ci matçından sonra da eyni məbləği almaq hüququ əldə edib.

Qeyd edək ki, Arda Gülər 2023-cü ilin iyulunda “Fənərbağça”dan “Real”a transfer olunub.

Bənzər xəbərlər