Arda Gülər futbol tarixinə düşə bilər
“Real”ın türkiyəli futbolçusu Arda Gülər karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Mançester Siti” səsküylü transferə hazırlaşır.
İngiltərə nəhənginin baş məşqçisi Pep Qvardiola Güləri yarımmüdafiənin gələcək lideri kimi görərək onu əsas prioritet hesab edib. “Siti”nin türk ulduzu almaq üçün 100 milyon avro xərcləməyə hazır olduğu bildirilir. Bu keçid baş tutsa, Arda futbol tarixinin ən bahalı 21 yaşadək futbolçulardan birinə çevriləcək.
Yarımmüdafiəçinin “kral klubu” ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.







