featured-image-45099

Türkiyə millisinin sabiq futbolçusu Arda Turan “Qarabağ”ın Almaniyada “Bayer”ə 2:3 hesabı ilə uduzduğu Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib.

Msport.az xəbər verir ki, hazırda 1-ci Liqada “Eyüpspor”un sükanı arxasında olan mütəxəssis bu barədə instaqram hesabında yazıb.

Arda Turan “Qarabağ”ın postunu yayımlayaraq “Möhtəşəm mübarizə üçün təşəkkürlər, təbriklər” yazıb.

Qeyd edək ki, Bakıda rəqibi ilə 2:2 hesablı heç-heçə edən Azərbaycan çempionu turnirlə vidalaşıb.

Bənzər xəbərlər