featured-image-13630

Argentina milli komandasının lideri Lionel Messi yığmanın dünya çempionatındakı perespektivindən və ötən mundialdakı uğursuzluqdan danışıb.

Msport.az “Ole”yə istinadən xəbər verir ki, PSJ-nin hücumçusu istənilən rəqiblə mübarizə aparacaqlarını deyib:

“Qrup mərhələsi həmişə çətin olur. Ötən dünya çempionatında çox söz-söhbət var idi ki, asan qrupa düşmüşük. Hətta artıq fikirləşirdilər ki, növbəti mərhələdə kiminlə qarşılaşa bilərik. Axırda heç də biz istədiyimiz kimi olmadı. İlk oyunu heç-heçə etdik, Xorvatiyaya uduzduq və 1\8 finala çətinliklə yüksəldik.

Bu il çox çətin qrupdayıq, bunu başa düşürük. İlk görüşə qələbə ilə başlamaq çox vacibdir. 3 xal sizə ruhi sakitlik verir və növbəti oyuna başqa cür baxmağa imkan yaradır.

Argentina istənilən komanda ilə qarşılaşmağa hazırdır. Məşqçilər korpusu matçlara çox yaxşı hazırlaşır. Son vaxtlar yaxşı oynayırıq, bir-birimizi daha rahat başa düşürük, ona görə ki, uzun müddətdir bir yerdə çıxış edirik. Məqsəd bu cür davam edib dünya çempionatında daha yaxşı çıxış etməkdir. Bilirik ki, mundial çətindir, xırda səhvlərə görə turnirdən kənarda qala bilərik. Lakin biz istənilən rəqiblə mübarizə aparacağıq”.

Bənzər xəbərlər