featured-image-45474

“İlin ilk qələbəsi münasibəti ilə hər kəsi təbrik edirəm”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustanla (1:0) qarşılaşmadan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, çətin oyun alınıb: “Rəqibin daha çox müdafiədən oynayacağını, əks-hücumlara meylli olacaqlarını bilirdik. Belə matçlarda tez qol vurmaq lazımdır. Əsas odur ki, komanda səbrli oldu, sona kimi oynadı”.

– Belə rəqibi güclə məğlub etdiyimizi nə ilə əlaqələndirərdiz?

– ⁠Hər bir rəqibə hörmətlə yanaşırıq. Bu, futboldur. Bəzi komandalar fərdi keyfiyyətlər hesabına qol vura bilir. Belə yığmalara qarşı biz az oynamışıq. Bu futbola alışmamışıq. Ona görə də, belə rəqibə qarşı mübarizə aparmaq üçün zamana ehtiyac var.

– ⁠Ramil Şeydayevin oyunundan razı qaldız?

– ⁠Təbii ki, onun Türkiyədə az oyun keçirdiyini bilirik. Ramilin əvvəlki forması ilə indiki arasında fərq çoxdur. Özünü göstərməyə çalışırdı. Tam həmin Ramil olmasa da, düşünürəm ki, potensialını göstərir.

– ⁠Bu gün kimdən razı qaldınız?

– ⁠Biz iki fərqli rəqiblər iki fərqli sistemıə oynayacayıq. Bolqarıstanla oyunda dəyişikliklər edəcəyik.

– ⁠Matçın heç-heçə yekunlaşacağını gözləyirdiz? Əgər artırılmış dəqiqələrdə fərqlənə bilməsəydik reaksiyanız necə olacaqdı?

– Futboldur, hər şey ola bilər. Əsas qələbə istəyirdik. 80-ci dəqiqədən sonra həyəcanlı idik. Əvvəldən qol vursaydıq, bunun ardı gələrdi. Bütün əlimizdə olan imkanlardan istifadə etdik ki, fərqlənək.

– ⁠Bolqarıstan yığmasına qarşı da bir nömrə kimi oynayacağıq?

– ⁠Onların Serbiya və Macarıstanla oyunlarını izləmişik. Öz analizimlərimizi aparmışıq. Təbii ki, evdə oynayırıq. Onlara hiss etdirməliyik ki, ev yiyəsi bizik.

– ⁠Bu günkü matçda birinci hissədə müdaifə xəttində müəyyən boşluqlar var idi. Belə müdafiə xətti ilə Bolqarıstana qalib gələ biləcəyik?

– ⁠Ola bilər ki, müdafiə xəttində dəyişiklik edək.

Bənzər xəbərlər