featured-image-42790

“İstefa xəbərini yenicə eşitdim. Yəqin ki, klubla baş məşqçi arasında qarşılıqlı razılıq olub”.

Bu sözləri Msport.az saytına açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Murad Musayevin “Sabah”dan istefası barədə danışarkən deyib.

Mütəxəssis məsələyə münasibət bildirməyin düzgün olmadığını söyləyib: İşin içində olmadığımız üçün nə isə deyə bilmərik. O ki qaldı, yeni baş məşqçinin yerli və ya əcnəbi olmasına, buna klub rəhbərliyi qərar verə bilər. Hər iki tərəfə uğurlar arzulayıram”.

Əsədovun sözlərinə görə, “Sabah”ın Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”a 1:7 hesabı ilə uduzacağını heç kim gözləmirdi: “Adətən kubok matçları daha gərgin keçir. İlk görüşdən sonra əminliklə deyə bilərik ki, “Qarabağ” növbəti mərhələdədir. Uduzmaq olardı. Amma bu hesab “Sabah”a yaraşmadı”.

Qeyd edək ki, Murad Musayev bu gün “Sabah”la yollarını ayırıb.

Bənzər xəbərlər