featured-image-72026

Ingiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilir. Msport.az xəbər verir  ki, “Arsenal” öz meydanında “Tottenhem”i qəbul edib.

“Emireyts” stadionunda keçirilən matçda “topçular” 4:1 hesabı ilə qələbə qazanıblar. “Arsenal”ın heyətində Eberiçe Eze het-trik edib.

“Tottenhem”in yeganə qolunu meydanın mərkəzindən Rişarlison vurub.

Bu qələbədən sonra xallarını 29-a çatdıran “Arsenal” turnir cədvəlinə başçılıq edir. “Tottenhem” 18 xalla 9-cu yeri tutur.

İngiltərə Premyer Liqası

12-ci tur

“Arsenal” – “Tottenhem” 4:1

Qollar, Trossard, 36 Eze,  41, 46, 76, – Rişarlison, 55.

 

 

Bənzər xəbərlər