featured-image-82576

“Real” “Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendiyə marağını yenidən artırıb.

Msport.az xəbər verir ki, İspaniya klubu 27 yaşlı futbolçunun transferi üçün yanvar ayında təklif göndərə bilər.

Subimendi 2025-ci ildə təxminən 56 milyon funt-sterlinq qarşılığında “Real Sosyedad”dan “Arsenal”a keçib. Lakin futbolçunun cari mövsümdə məhdud oyun vaxtı alması onun komandadakı gələcəyi ilə bağlı suallar yaradıb.

Yanvar transfer pəncərəsinə qədər vəziyyəti dəyişməsə, “Arsenal” Subimendinin satışını nəzərdən keçirə bilər. “Real” onun “Arsenal”a keçidindən əvvəl də futbolçu ilə maraqlanıb. Madrid klubu heyətinə ixtisaslaşmış dayaq yarımmüdafiəçisi əlavə etmək istəyir.

Subimendinin “Arsenal”la müqaviləsi qüvvədə olduğundan, yanvarda mümkün transfer yalnız klubların razılığından sonra reallaşa bilər.

Bənzər xəbərlər