“Arsenal” müdafiəçisini “Barselona”ya satmır
“Arsenal”ın müdafiəçisi Pyero İnkapye “Barselona”ya transfer olunmayacaq.
Msport.az xəbər verir ki, London təmsilçisi “Barselona”nın ekvadorlu futbolçuya artan marağına baxmayaraq, onun satışını istisna edir.
“Topçular”ın baş məşqçisi Mikel Arteta 24 yaşlı müdafiəçini komandada saxlamaqda qərarlıdır.
İnkapye İngiltərə Premyer Liqasının cari mövsümündə az şans qazansa da, Arteta onun gedişinə müsbət yanaşmır. “Arsenal” yalnız ona uyğun əvəzləyici tapacağı təqdirdə, satışına razılıq verə bilər. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 9 oyunda meydana çıxıb.
Xəbərdə adı keçən hər iki komanda UEFA Çempionlar Liqasının liqa mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqibləridir.







