featured-image-84857

İngiltərə millisinin hücumçusu Harri Keyn milli komandada keçirdiyi oyunların sayına görə yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsinin V turunda Xorvatiyaya qarşı keçirilən ev oyunu 33 yaşlı forvard üçün İngiltərə millisinin heyətində 126-cı matç olub.

Beləliklə, Keyn daha əvvəl birgə lider olduğu sabiq qapıçı Piter Şiltonun rekordunu geridə qoyub.

Keyn İngiltərə millisinin heyətində vurduğu 91 qolla da rekordçudur. O, 2021 və 2024-cü illərdə keçirilən Avropa çempionatlarının gümüş mükafatçısıdır. Həmçinin dünya çempionatları tarixinin ən məhsuldar beş futbolçusundan biri olan hücumçunun hesabında 14 qol var. Keyn 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında altı qolla turnirin bombardiri olub.

2023-cü ildən Münhenin “Bavariya” klubunda çıxış edən Keyn komandanın heyətində bir sıra yerli titullar qazanıb və iki dəfə Avropa çempionatlarının ən yaxşı bombardiri olub.

Bənzər xəbərlər