Bir oyunda 9 qol buraxan komandada baş məşqçi istefası
“Lans” baş məşqçi Yannik Kayuzakı vəzifəsindən azad edib.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
41 yaşlı mütəxəssis komandaya sentyabr ayından başçılıq edirdi. Onun rəhbərliyi altında “Lans” bütün turnirlərdə 9 oyun keçirib, 3 qələbə qazanıb və 6 dəfə məğlub olub.
Kayuzakın komanda ilə vidalaşmasında əsas səbəb isə Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda evdə “Komoya qarşı keçirilən matç olub. Hqarşılaşmada “Lans” rəqibinə 1:9 hesabı ilə uduzub. Bu nəticə klubun tarixində avrokuboklarda evdə aldığı ən iri hesablı məğlubiyyət kimi düşüb.
Qeyd edək ki, “Lans” Fransa Liqa 1-in turnir cədvəlində 10 turdan sonra 13 xalla 11-ci pillədə qərarlaşıb.







