featured-image-84825

2025-2026-cı illərdə “Trabzonspor”un şərəfini qorumuş Miroslav Şimkovyak Polşa mətbuatına geniş müsahibə verib.

Msport.az xəbər verir ki, veteran futbolçu bir vaxtlar Trabzon təmsilçisində həkim kimi çalışmış mərhum Murad Mərdanlı ilə də bağlı xatirələrini danışıb:

“Trabzonda belə bir adət var idi: bir futbolçu müəyyən sayda qol vuranda silah satan mağazaya aparılırdı. Ona çox yaxşı qolçu olduğu üçün istədiyi silahı seçməsinə icazə verilirdi. Mənə də bir silah verdilər. Amma heç bir sənədə qol çəkmədən, heç bir formallıq olmadan. O silahı doktorumuza (Murad Mərdanlı nəzərdə tutulur -red.) verdim. Doktorumuz azərbaycanlı idi. Ona “mən silah istifadə etməkdən qorxuram, bunu istəmirəm” dedim. Əslində Trabzona ilk gəldiyimdə, müqavilə imzalanarkən məndən silah istəyib-istəmədiyimi soruşmuşdular. Mən də “silahı nə edəcəm” deyə soruşdum. Mənə burda hər kəsin silahı var dedilər. Oynadığım dönəmdən bəhs edirəm, indi vəziyyət necədir, bilmirəm”.

Qeyd edək ki, Murad Mərdanlı 2010-cu ildə vəfat edib. O, “Trabzonspor”la yanaşı, “Ərzrumspor” klubunda mərhum baş məşqçi Ruslan Abdullayevlə də işləyib. M.Mərdanlı Azərbaycana qayıtdıqdan sonra “Bakı” və “Neftçi” komandalarında da fəaliyyət göstərib.

Bənzər xəbərlər